Seneqal hərbçilərinin vertolyotu sərt eniş etdi - ÖLƏNLƏR VAR

  • By admin
  • 27 Sentyabr 2019 22:15

BMT sülhməramlı missiyasının vertolyotu Cənubi Afrika Respublikasında sərt eniş edib.

Gununsesi.org xəbər verir ki, bu zaman 3 hərbçi ölüb, 1-i yaralanıb. Bu barədə məlumatı BMT Baş Katibliyinin xüsusi nümayəndəsi Stefan Cyuarrik verib. Onun sözlərinə görə, göyərtədə Seneqal silahlı qüvvələrinin 4 nəfər hərbçisi olub.

Yaralı xəstəxanaya yerləşdirilib.

 

 

Gununsesi.org