Seneqal Parlamentində qalmaqal: Hamilə deputat döyüldü – Ara qarışdı.../ VİDEO

  • By admin
  • 04 Yanvar 2023 15:06

Seneqal Parlamentində deputatlar bir-birlərini döyüblər. Olay büdcə müzakirələri zamanı yaşanıb.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, kişi və qadın deputatlar arasında çıxan dava zamanı hamilə deputata hücum edilməsi digərlərini daha da qəzəbləndirib.

Ayağa qalxan müxalif kişi deputat Massata Sam iqtidaryönlü qadın deputat Ami Ndiaye Qnibiyə təpik atıb. Qadın deputatın oturacaqla ona qarşılıq verməsi ortalığı daha da hiddətləndirib.

Hadisədən sonra kişi deputatın həbs edildiyi bildirilir.

Hadisədən sonra toplantıya ara verilib. Çıxan qovğaya aid görüntülər sosial mediada çoxlu sayda izlənmə alıb.

 


Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info