Şengen vizasının qiyməti qalxdı

Şengen vizası üçün artan qiymət dünəndən qüvvəyə minib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, buna görə Şengen viza ödənişləri yüzdə 12 artaraq 90 avroya yüksəlib.

6-12 yaşlı uşaqlar üçün viza rüsumu 40 avrodan 45 avroya yüksəlib.

Aİ-də nizamsız qalan vətəndaşlarının readmissiyası ilə əməkdaşlıq etməyən ölkələrin vətəndaşları 135 və ya 180 avroluq viza rüsumu ödəyəcək.

Şengen vizasının uzadılması rüsumu 30 avro səviyyəsində sabit qalacaq.

Avropa Komissiyası müraciət haqqının artırılması təklifini fevral ayında təqdim edib. 2020-ci ildə viza rüsumları 60 avrodan 80 avroya qaldırılıb.

 

 

Gununsesi.info