
Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş hazırda Bakıdadır.
Gununsesi.org xəbər verir ki, “ay ulduzlular” AÇ-2020-nin 2 qrup oyununu Bakıda keçirəcəklərindən təcrübəli mütəxəssis stadion və otellərə baxmağa gəlib.
Türkiyə yığmasının çalışdırıcısı Suraxanıda “Qarabağ”ın bazasında da olub. O, Ağdam klubunun işçiləri ilə də görüşüb.
Türkiyə iyunun 17-də Uels, 21-də isə İsveçrə ilə oyunları Bakı Olimpiya Stadionunda keçirəcək.