
UEFA Konfrans Liqasında keçirilən “Luqano” matçında “Beşiktaş”ın məğlubiyyətindən sonra baş məşqçi Şenol Günəş istefa verib.
Gununsesi.info xəbər verir ki, Şenol Günəş istefa ərizəsini rəhbərliyə təqdim edib və səhər məşqinə çıxmayaraq futbolçularla vidalaşıb. “Beşiktaş”ın “İstanbulspor”la keçirəcəyi matçın texniki məsulunun Burak Yılmaz olacağı gözlənilir.
“Beşiktaş” klubu növbədənkənar seçkilərlə bağlı İdarə heyətinin qərar verdiyini açıqlayıb. “İdarə Heyətimiz növbədənkənar seçkilərlə birlikdə Fövqəladə Baş Assambleyanın ən geci dekabr ayının əvvəlində keçirilməsinə qərar verdi. Fövqəladə Baş Assambleyanın keçiriləcəyi tarix gələn həftə keçiriləcək mətbuat konfransında açıqlanacaq”, – deyə açıqlamada bildirilib.
Səid Əhmədli
Gununsesi.info