Şenol Günəşdən məğlubiyyət şərhi

  • By admin
  • 16 İyun 2021 22:41

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin qrup mərhələsinin ikinci oyununda Uelsə məğlubiyyətdən danışıb. 

Gununsesi. info xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Adaptasiya problemi yaşadıq. Sonradan özümüzə gəldik. Rəqib sürpriz qol vurdu. Müdafiənin arxasına atılan gözlənilməz ötürmədən qol buraxdıq. İlk yarıda yaxşı deyildik, amma ikinci hissədə daha yaxşı oynadıq. Çalışdıq ki, qol vuraq, hücumlar etməyə başladıq. Amma rəqib ikinci qolu vurdu. Bununla da şanslarımız çox azaldı. Bu gün biz də 2:0 və ya 1:0 qazana bilərdik. Lakin rəqib çox intizamlı oynadı”

Gununsesi. info