
İsrailin Qəzzada ABŞ Konqresinin əməkdaşları və yardım təşkilatlarının müdafiəsi üçün koordinatları göndərilən kilsələri vurduğu üzə çıxıb.
Gununsesi.info xəbər verir ki, “Politico” saytının əldə etdiyi elektron məktublara görə, Qəzzada ən böyük xristian yardım təşkilatlarından biri olan ABŞ Senatının və Katolik Yardım Xidmətinin əməkdaşları kilsələri qorumaq üçün İsrailə müraciət ediblər. İsrail bu koordinatlardan istifadə edərək Qəzzada kilsələrə dəfələrlə hücumlar həyata keçirib.
Xristian təşkilatlarının İsrailə göndərdiyi 4 kilsənin koordinatlarını çatdıran ABŞ Konqresinin əməkdaşlarının İsraildən “İçəridə olan mülki şəxslərin təhlükəsizliyinə zəmanət verə bilmərik” cavabını aldığı bildirilib. Yeri sonradan bildirilən iki kilsənin İsrail tərəfindən atəşə tutulması diqqət çəkib.
Bölgədəki vəziyyəti izləyən Latın Patriarxlığı verdiyi açıqlamada İsrailin ötən həftə Qəzzada bir kilsəni raketlə vurduğunu, İsrail snayperlərinin kilsənin ətrafında bir ana və qızını öldürdüyünü bildirib. ABŞ Konqresinin və yardım təşkilatlarının çox sayda mülki şəxsin sığındığı kilsələrə edilən hücumların qarşısını almaq üçün İsrailə çoxlu mesajlar göndərdiyi də bildirilib.
Qəzzada bir çox kilsəni vuran İsrail, kilsələri qəsdən vurmadığını və HƏMAS-ı hədəf alan əməliyyatlar zamanı bəzi raketlərin kilsələri vurduğunu iddia edib.
“Politico” şərh edib ki, bu vəziyyət İsrailin beynəlxalq yardım təşkilatlarının Qəzza ilə bağlı tələblərinə məhəl qoymamasının göstəricisidir.
Gununsesi.info