“Sentyabrın 15-i Azərbaycan tarixi üçün olduqca əlamətdar və tarixi gündür”- VİDEO

  • By Günel
  • 14 Sentyabr 2024 15:56
“Sentyabrın 15-i Azərbaycan tarixi üçün olduqca əlamətdar və tarixi gündür. 15 sentyabr Bakının azadlığa qovuşduğu bir gündür. Həmin dövrdə Bakı demək olar ki, faktiki olaraq erməni-daşnak qüvvələri tərəfindən idarə edilirdi.”
Gununsesi.info xəbər verir ki, bu fikirləri EDNews TV- nin efirində Fəlsəfə doktoru Cavanşir Feyziyev bildirib.

Cavanşir Feyziyev qeyd edib ki, Nuru Paşanın səyi nəticəsində Bakı işğaldan azad edilib.

“Məhz Bakının işğaldan azad edilməsi Azərbaycan Demokratik Cümhuriyyətinin dayaqlarını gücləndirdi”,- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videoda:

Gununsesi.info