Sentyabrın 29-da Brüsseldə yeni tərəfdaşlıq prioritetləri ətrafında fikir mübadiləsi aparılacaq

  • By admin
  • 21 Sentyabr 2017 14:44
mahmud-memmed
Sentyabrın sonunda Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında sazişə dair müzakirələr aparılacaq.
Gununsesi.info xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, müzakirələrdə ticarət-investisiya siyasəti və təhlükəsizlik sahəsi istisna olmaqla, müxtəlif məsələlər müzakirə ediləcək, eyni zamanda yeni tərəfdaşlıq prioritetləri ətrafında da fikir mübadiləsi aparılacaq.
Nazir müavini deyib ki, bu, yeni addımdır. “Artıq biz birinci növbədə öz təkliflərimizi vermişik. Avropa İttifaqı da baxıb öz təkliflərini verib. Biz bunun əsasında da təkliflər hazırlayıb təqdim etmişik” – deyə, nazir müavini vurğulayıb.
M.Məmmədquliyev onu da əlavə edib ki, Aİ ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək: “İclas sentyabrın 27-də Brüsseldə keçiriləcək. Bu görüşdə investisiya və ticarətə dair məsələlər müzakirə ediləcək”.
Nazir müavini  deyib ki, ümumiyyətlə yaxın dövrlərdə  Aİ ilə Azərbaycan arasında  çox fəal müzakirələr gedəcək: “Məsələn, oktyabrın ikinci yarısında təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitələrinin iclası keçiriləcək. Sonuncu enerji alt komitəsi ilə bağlı isə hələlik tarix yoxdur. Çünki Şərq Tərəfdaşlığı sammitinə hazırlıq getməlidir. Düşünmürəm ki, sammitdən əvvəl bu komitənin iclası olacaq. Hazırda alt komitələrə Brüssel ev sahibliyi edir. Ona görə də biz onların təkliflərinə baxıb fikir bildiririk”.
Mürtəza
Gununsesi.info