SEPAH ABŞ-ın İraqdakı konsulluğunu vurdu - Ölənlər var (YENİLƏNİB)

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın şimalındakı Ərbil şəhərinə endirdiyi raket zərbələri nəticəsində azı 4 nəfər həlak olub. 

Gununsesi.info xəbər verir ki, bu barədə ABC televiziyası mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika və koalisiya qüvvələri arasında itki yoxdur. ABC mənbələri də iddia edir ki, koalisiya qüvvələri Ərbil hava limanı yaxınlığında üç pilotsuz uçan aparatı vurub.

Kanalın mənbələrinin məlumatına görə, Ərbil şəhərində Amerika konsulluğunun yaxınlığındakı 8 obyektə hücum edilib. ABC bildirir ki, şəhərin hava limanı “çox qəddar bombardmandan” sonra fəaliyyətini dayandırıb.

“Reuters” iki amerikalı rəsmiyə istinadən xəbər verir ki, hücumlarda ABŞ obyektləri və vətəndaşları zərər görməyib.

Yerli media ABŞ-ın Ərbildəki konsulluğunun İranın ballistik raketi nəticəsində demək olar ki, tamamilə məhv edildiyini yazır.

***09:21

Suriyanın Deyr əz-Zor əyalətində İranın dəstəklədiyi qruplar ABŞ hərbçilərinin yerləşdiyi bazaya raketlərlə hücum edib. Hadisə zamanı 1 əsgər yaralanıb.

Gununsesi.info xəbər verir ki, yerli mənbələrə görə, Deyr əz-Zorda Fərat çayının qərb sahilində yerləşən İranın dəstəklədiyi qruplar Amerika hərbçilərinin yerləşdiyi Koniko qamış sahəsindəki bazaya raket zərbələri endirib.

Hücum nəticəsində bir Amerika əsgərinin yaralandığı bildirilir.

ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.

İlin əvvəlindən Hasəkə və Deyr əz-Zordakı Amerika hərbi bazaları tez-tez raket hücumlarına və mənşəyi məlum olmayan kamikadze pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalır.

Fərat çayının şərqində yerləşən Deyr əz-Zor ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin, əyalət mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

Gununsesi.info