İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Muhibbi hazırda isə Fars körfəzində heç bir Amerika hərbi gəmisinin olmadığını bildirib.
Gununsesi.info xəbər verir ki, briqada generalı Muhibbi ABŞ-ın bölgədəki hərbi mövcudluğu ilə bağlı açıqlama verib.
“ABŞ Ramazan müharibəsindən əvvəl bölgədə 30-40 hərbi gəmiyə malik idi. Lakin bu gün Fars körfəzində ABŞ-a məxsus bir dənə də olsun hərbi gəmi yoxdur”, – deyə o bildirib.
Muhibbi qeyd edib ki, İrana qarşı təhdidlərin yenidən gündəmə gələcəyi təqdirdə, yüz minlərlə mil uzunluğunda enerji xətləri, minlərlə enerji stansiyası, ABŞ-a və digər ölkələrə məxsus sistemlər, hətta internetə bağlı qlobal infrastruktur təhlükə altında qala bilər.
İnqilab Keşikçiləri Korpusunun sözçüsü ABŞ-ın hərbi doktrinasının eyni vaxtda bir neçə cəbhədə mübarizə aparmağa əsaslandığını bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Mərkəzi Sakit okeanda, Rusiya və Çinlə qarşıdurmada, eləcə də Vaşinqtonun təhlükə kimi qiymətləndirdiyi digər istiqamətlərdə silah və hərbi imkanlarının azalması böyük təhlükə yaradır.












