SEPAH hərbi müşavirinin öldürülməsində onları günahlandırdı

  • By ilhame
  • 05 İyun 2024 21:37

“İsrail İranın hərbi müşaviri Səid Əbyarın ölümünə cavab verməlidir”.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami açıqlayıb.

 

O, bu həftənin əvvəlində İsrailin Hələb kənarında təşkil etdiyi hücumda öldürülən iranlı hərbi müşaviri Səid Əbyarın ölümü ilə bağlı başsağlığı verib:

 

“Uşaq öldürən sionist cinayətkarlar bilməlidirlər ki, tökülən qanların əvəzini onlar verəcəklər”.

 

Səid Əbyarın dəfn mərasimi çərşənbə axşamı Tehranda keçirilib.

Gununsesi.info