İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki ölkənin cənub-şərqində naməlum şəxslərin təşkil etdiyi silahlı hücumda öldürülüb.
Gununsesi.info xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, polkovnik Hüseyn Əli Cavidanfer ölkənin cənub-şərqində Sistan-Bəlucistan əyalətinin Zahidan-Xaş avtomobil yolunda naməlum şəxslərin silahlı hücumu nəticəsində öldürülüb.
Hücum edənlərin müəyyən edilərək tutulması üçün genişmiqyaslı araşdırma başladılıb.
Maraqlıdır ki, qətl İranın Pakistanla sərhəddə eyni bölgədə fəaliyyət göstərən “Ceyş əl-Ədl” təşkilatının düşərgələrinə hücumlar elan etməsindən sonra baş verib.
Dünən İranın yarı-rəsmi xəbər agentliyi “Təsnim” Pakistandakı Ceyş əl-Ədl düşərgələrinə raket və dron zərbələri endirilməsi barədə məlumat yayıb. İran rəsmilərinin bu məsələ ilə bağlı ilk açıqlamasını bu gün xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan verib.
Abdullahiyan deyib ki, zərbələr İranda 12 təhlükəsizlik məmurunun öldürüldüyü hadisəyə görə məsuliyyəti öz üzərinə götürən Ceyş əl-Adl-ı hədəf alıb. Bu hesabata görə, təşkilatın üzvləri iranlı olub və Pakistan vətəndaşları arasında hücumun qurbanı olmayıb.
Gununsesi.info