SEPAH rəsmisinin aksiyalara qatılan oğlu öldürüldü - FOTO

  • By admin
  • 09 Noyabr 2022 09:16

Güney Azərbaycanın Təbriz Tibb Elmləri Universitetinin tələbəsi, Qərbi Azərbaycan əyalətinin Sayınqala (molla rejimi “Şahindej” adlandırıb) şəhər sakini, atası İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məsul şəxsi olan Mürtəza Şirməhəmmədi İran hakimiyyətinin hərbi-polis rejimi tərəfindən öldürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, tələbənin meyiti noyabrın 2-də dəfn üçün ailəsinə təhvil verilib. Qeyd olunub ki, onun atası Əliəsgər Şirməhəmmədi SEPAH-ın Urmiya şəhər şöbəsinin siyasi-ideoloji bölməsinin rəisidir. Bu səbəbdən o, oğlunun öldürülməsi xəbərinin yayılmasının qarşısını alıb. Ona görə, Şirməhəmmədinin qətli bir neçə gün sonra ictimaiyyətə məlum olub.

Gununsesi.info