İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Qasım Fətullahi ötən gün axşam saatlarında Tehranda evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnib.
Gununsesi.info Tasnim-ə istinadla xəbər verir ki, bu barədə İran polisinin mətbuat mərkəzinin rəhbəri, polkovnik Əli Səbahi məlumat verib.
“Ona atəş açan naməlum şəxslərin hədəfinə çevrilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun Tehrandakı Məhəmməd Rəsulullah bölməsinin (İİKK-nın ən böyük bölməsi – red.) əməkdaşı Qasım Fətullahi ölüb. O, evinin qarşısında 4 güllə ilə güllələnib… Tehran polisi insidentlərin səbəblərini araşdırır. Polis araşdırması hadisə yerinə bitişik mənzillərdən oğurluq izlərini də aşkar etdiyi üçün mütəxəssislər işə müxtəlif rakurslardan baxırlar”, – Sabahi qeyd edib.
O, atəşlərin yaxın məsafədən atıldığını qeyd edib.
Məlumdur ki, SEPAH zabiti respublikada baş verən son iğtişaşların yatırılmasında iştirak edib.
Gununsesi.info