Separatçı liderlər əfv olundu

  • By admin
  • 22 İyun 2021 19:51

İspaniya hökuməti Kataloniyanın müstəqilliyi barədə referendumun təşkilatçılarından olan doqquz siyasətçinin əfv olunmasına dair yekdil qərar qəbul edib.

Gununsesi.infoİspaniyanın РТВЕ teleradio kompaniyasına istinadla xəbər verir ki, əfv geriyə dönüş xarakteri daşıyır və həmin siyasətçilər 3-6 il ərzində yenidən cinayət törətsələr, qərar ləğv edilə bilər.

Bu ərəfədə Barselona şəhərində çıxış edən İspaniya hökumətinin rəhbəri Pedro Sançes ilk addımın kiminsə atmalı olduğunu və bunu İspaniya hökumətinin edəcəyini deyib. “Əminəm ki, minlərlə kataloniyalının görüşünü təmsil edən bu doqquz insanın həbsdən azad edilməsi milyonlarla insanın barışıq və dinc şəkildə yaşamaq arzusunun mesajı olacaq”, – deyə hökumət başçısı bildirib.

Əfv edilənlər isə öz növbəsində bu addımı yetərsiz sayıb, həm həbsdə olanlar, həm də referendumdan sonra Kataloniyanı tərk edənlər üçün əfv istəyiblər.

Qeyd edək ki, 2017-ci ilin oktyabrında Kataloniyada müstəqillik barədə referendum keçirilib. Referendumda iştirak edən muxtariyyət sakinlərinin 90 faizi İspaniyadan ayrılmağın lehinə səs verib. İspaniya hökuməti referendumu qeyri-qanuni elan edib və 12 kataloniyalı siyasətçisi İspaniya Ali Məhkəməsi tərəfindən 9-13 ilədək həbs cəzasına məhkum olunub.

Gununsesi.info