Separatçı qurumun keçmiş liderləri Xankəndidədir - TASS

Qarabağda fəaliyyətinin dayandıran separatçı qurumun keçmiş rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan Xankəndini tərk etməyiblər.

Azərbaycan tərəfi ilə danışıqlar aparılır.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a özünü buraxan separatçı “respublika”nın keçmiş başçılarına yaxın mənbə bildirib. “Moskva vaxtı ilə saat 11:00-a (Bakı vaxtı ilə 12.00-red.) olan məlumata görə, hər üç keçmiş lider Xankəndindədir.

Hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır”, – mənbə bildirib.

TASS danışıqların gedişi ilə bağlı Azərbaycan hakimiyyətindən hələlik hər hansı şərh almayıb.

 

Gununsesi.info