Separatçı rejim rus dilini ikinci rəsmi dil elan etdi

  • By admin
  • 26 Mart 2021 20:14

Qondarma Dağlıq Qarabağ Respublikasının parlamenti ötən gün ikinci rəsmi dil məsələsini müzakirə edərək yeni qanun qəbul edib.

Gununsesi.info xəbər verir ki, separatçı rejimin 27 millət vəkilinin səs çoxluğu ilə rus dili qondarma “respublikas”nın ikinci rəsmi dili elan olunub.

HTML tutorial

Vətən müharibəsindəki məğlubiyyətləri ilə hələ də barışa bilməyən erməni separatçıları bu addımı Rusiya ilə “qardaş ölkə” olmaları və orada 3 milyonadək erməninin yaşaması ilə əsaslandırırlar.

Qeyd edək ki, qondarma rejimin separatçıları tərəfindən qəbul edilən bu qanun layihəsi birbaşa 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyannamənin prinsiplərinin pozulması deməkdir. Hazırda məsələ ilə bağlı rəsmi Moskvanın mövqe bildirməsi gözlənilir.

Gununsesi.info