Ukraynanın separatçıların nəzarətində olan Luqansk şəhərində avtomobilin partlaması nəticəsində 2 nəfər ölüb.
Gununsesi.info-nun “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, ölənlərdən biri separatçı “Luqansk Xalq Respublikası” milisinin rəhbəri, polkovnik Oleq Anaşenkodur.
Hadisə şəhərin Krasnoarmeysk küçəsində baş verib.
Separatçı rejimin hüquq-mühafizə orqanları əsas versiya kimi terror aktını nəzərdən keçirir.
Gununsesi.info