Separatçı-terrorçu Avakyan Rusiyada həbs edildi

  • By admin
  • 17 Dekabr 2021 17:33

Azərbaycanın vaxtilə işğal altında olmuş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsindəki separatçı-terrorçu tör-töküntülərinin “təmsilçi”lərindən olan Boris Avakyan Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Gununsesi.info xəbər verir ki, Avakyanın saxlanılması ilə bağlı əməliyyat şəhərdəki restoranların birində həyata keçirilib.

HTML tutorial

İstintaq müəyyənləşdirib ki, Avakyan cinayətkar qruplaşma təşkil edərək ucuz tikinti materialları adı altında Rusiya ərazisinə texnika idxal edib. Cinayətkar qruplaşmanın vurduğu ziyan təxminən 1 milyon rubl dəyərində qiymətləndirilir.

Saxlanılan zaman Avakyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidmətinin qaçaqmalçılıq şöbəsinin keçmiş rəhbəri İqor Oleynikovla birlikdə restoranda olub.

Məlumata görə, Boris Avakyan bir dəfə də saxlanılıb. Lakin ev dustaqlığından qaçaraq Fransaya sığınıb. Bir müddət sonra o, Ermənistana gələrək “yüksək vəzifə” tutub.

Qeyd edək ki, B.Avakyan separatçı-terrorçuların “təhlükəsizlik xidməti”nin direktor müavini olub.

Gununsesi.info