Separatçılar ATƏT-in pilotsuz uçan aparatını vurdu

  • By admin
  • 27 May 2016 14:54

 

Pilotsuz Uchan Aparat

Donbasda separatçılar ATƏT-in pilotsuz uçan apartını vurublar. Gununsesi.info “Unian”-a istinadən xəbər verir ki, mayın 27-də Donbas vilayəti Qorlovka şəhəri yaxınlığında ATƏT-ə məxsus bölgədə monitorinq həyata keçirən pilotsuz uçuş aparatını vurublar. Ərazidə monitorinqi həyata keçirən ATƏT müşahidə missizyaının ofisindən xəbəri təsdiqləyiblər. Bildirilib ki, pilotsuz uçan aparatla rabitə kəsilib. Bölgədə xidmət həyata keçirən anti-terror əməliyyat qrupu da separatçıların nəzarəti olan ərazidə havada hansısa aparatın partladığının şahidi olublar. Anti-terror əməliyyat qrupunun ofisi bu hadisəni bir daha separatçıların beynəlxalq müşahidəçilərin fəaliyyətinə maneçiliyin növbəti faktı kimi dəyərləndirib. Pilotsuz uçan aparat ATƏT-in tanınma nişanı ilə bölgədə monitorinq həyata keçirib.