Separatçılardan “diversant” açıqlaması: Ukrayna əsgərləri əsir düşdü?

Qondarma “DXR”-ın “Dövlət Təhlükəsizlik Nazirliyi” iddia edir ki, fevralın 19-da Donetskdəki “xüsusi təyinatlılar” Ukraynanın “təxribatçı-terrorçu qruplaşması”ın üzvlərini saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat “nazirliyin” saytında yerləşdirilib.

HTML tutorial

İddia edilir ki, “ukraynalı diversantlar” “respublika” ərazisində filtrasiya stansiyalarını, qaz kəmərlərini və elektrik yarımstansiyalarını partlatmağı planlaşdırırdılar.

“Dövlət Təhlükəsizliyi Nazirliyi” iddia edir ki, saxlanılma zamanı “diversantlar” cavab atəşi açıb, “xüsusi təyinatlılar” isə yaralanıb.

Gununsesi.info