
Erməni bloqer Karen Şirinyan Azərbaycan Prezidenti İlham Əliyevdən qanunsuz xuntanın bütün nümayəndələrini həbs etməyi xahiş edib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.
“Mən Azərbaycan liderindən yalnız bir şey xahiş edirəm: Qarabağın gərəksiz “prezidenti” və “nazir”ləri həbs edilsinlər və dinc sakinlər xilas olsunlar. Qarabağa vəba və milləti məhv edənlər lazım deyil”, – Karen Şirinyan yazıb.
Gununsesi.info