Serbiya hakimiyyəti Kazanda keçiriləcək BRİKS sammitinə rəsmi dəvət gözləyir.
Gununsesi.info xəbər verir ki, bunu RİA Novosti-yə Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin deyib.
“BRİKS-ə gəlincə, biz yaxın günlərdə rəsmi dəvət gözləyirik, mən forumun işində iştirak etmək istərdim”, – deyə respublika hökuməti başçısının müavini bildirib.
BRİKS-in XIV Sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək.
Bundan əvvəl Aleksandr Vulin bildirmişdi ki, Parisdə keçirilən Olimpiya Oyunları və Kazanda keçirilən BRİKS Oyunları yeni Qərb və yeni Şərq sivilizasiyaları arasındakı fərqi göstərib.
O, Kazanda idmançıların öz dövlət bayraqları altında yarışdığını, milli oyunların şeytani simvollar olmadan keçirildiyini vurğulayıb.
Günay
Gununsesi.info