Serbiya Futbol Birliyinin (FSS) prezidenti Slaviş Kokez koronavirusa yoluxub.
Gununsesiaz.info qurumun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı funksionerin testi müsbət nəticə verib. FSS rəhbərinin hazırda tibbi nəzarət altında olduğu bildirilib. Kokezin durumunun yaxşı olduğu vurğulanıb və təşkilat fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Slaviş Kokez 2016-cı ildən Serbiya Futbol Birliyinin prezidentidir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 149 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 146 437-yə çatıb. Bunların 72 572 nəfəri sağalıb, 5 445 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Gununsesiaz.info