
Futbol üzrə Serbiya milli komandası baş məşqçisi Draqan Stoykoviçlə müqavilə müddətini uzadıb.
Gununsesi.info xəbər verir ki, 59 yaşlı mütəxəssis daha 2 il yığma komandanı çalışdıracaq.
Qedy edək ki, Serbiya D.Stoykoviçin rəhbərliyi altında 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının final mərhələsinə yüksəlib.
“Qırmızı-göylər” iyunun 14-də start götürəcək AVRO-2024-də çıxış edəcək.
Gununsesi.info