
Serbiya Prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilib.
Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb. Bildirilir ki, 49 yaşlı Vuçiç noyabrın 15-i ürəyində yaranan problemə görə Hərbi Tibb Akademiyaya aparılıb. Hazırda onun müalicəsi davam etdirilir.
Qeyd edək ki, 1993-cü ildə siyasi karyeraya başlayan Aleksandr Vuçiç 2017-ci ildən Serbiyanın Prezidentidir.