Serbiyada bir qrup fəal parlament və bələdiyyə seçkilərinin nəticələri ilə bağlı aksiya keçirir

  • By ilhame
  • 29 Dekabr 2023 19:16

Serbiyada müxalif koalisiyasını dəstəkləyən “Mübarizə” tələbə təşkilatı ölkədə növbədənkənar parlament və bələdiyyə seçkilərinin nəticələri ilə bağlı etiraz aksiyası keçirir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, onlar ölkənin Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin inzibati binalarının yaxınlığında çadırlar qururlar.

Etirazçıların bir hissəsi magistral yolu bağlayıblar.

Onlar seçkilərdə manipulyasiyaya yol verildiyini iddia edirlər.

Qeyd edək ki ki, Serbiyada seçkilər dekabrın 17-də keçirilib. Dekabrın 28-dən etibarən müxalifət aksiyalara başlayıb.

Gununsesi.info