Serbiyanın hazırkı Prezidenti Aleksandr Vuçiç Serbiyada keçirilən prezident seçkilərinin birinci turunda 59,55 faiz səslə qalib gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə səslərin 90%-dən çoxunun hesablanmasına əsasən, Serbiyanın Respublika Seçki Komissiyasının (RİK) dərc etdiyi rəsmi məlumatda qeyd olunub. RİK-in məlumatına görə, Serbiya Baş Qərargahının keçmiş rəhbəri Zdravko Ponos 17,53% səslə ikinci, 3-cü yerdə isə 5,82% səslə Miloş Yovanoviçdir. Bunun ardınca 4,42% səslə Boşko Obradoviç (Vətənpərvər Blok koalisiyası), 4,31% səslə Milica Djurdjeviç-Stamenkovski, 3,04% səslə Bilyana Stojkoviç, 0,89% səslə isə Mişa Vatsiç (“Serb Patriotu” koalisiyası) gəlir.
Gununsesi.info