Serbiyadakı iğtişaşlarda 118 polis xəsarət alıb

Serbiyada kütləvi iğtişaşlar zamanı 118 polis əməkdaşı yaralanıb. İki gün ərzində isə 153 nəfər saxlanılıb.

Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə Serbiya polisinin rəhbəri Vladimir Rebiç bildirib.

“Bu cür zorakılıq yolverilməzdir. Polis küçələrdəki zorakılığı dayandırmaq üçün bütün tədbirləri görür. İğtişaşların iştirakçıları məsuliyyətə cəlb olunacaq”, – deyə o bildirib.

Qeyd edək ki, iyunun 8-də Belqradda koronavirus pandemiyası səbəbindən yenidən məhdudiyyətlər qoyulması əleyhinə nümayişlər başlayıb. Etirazlar daha sonra digər şəhərlərə yayılıb.

 

 

Gununsesi.org