Şeremet Avropaya qaz nəqlini dayandırmağı təklif etdi

  • By admin
  • 10 Aprel 2022 12:51

Rusiya Dövlət Dumasının Krımdan olan “deputatı” Mixail Şeremet Avropa İttifaqına (Aİ) qaz nəqlini müvəqqəti dayandırmağı təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Parlamentarinin sözlərinə görə, Avropa ölkələrinin Rusiyaya qarşı “qeyri-dost hərəkətlərinə” cavab Moskvadan sərt sanksiyalarla izlənilməlidir.

“Rusiyaya qarşı aqressiv siyasətin onlar üçün zərərli olduğunu və cəzalandırılacaqlarını başa düşənə qədər Aİ ölkələrini enerji resursları ilə təmin etməyi müvəqqəti dayandırın” – Mixail Şeremet bildirib.

Gununsesi.info