Seren Serengil əməliyyat olmasa öləcəyini bildirib

  • By admin
  • 28 Dekabr 2020 21:18

Müğənni Seren Serengil xəstəxanaya yerləşdirilib.

Türkiyə mediasının verdiyi məlumata görə, ifaçının çəkisi 46 kiloqrama düşüb. O, əməliyyat olunacaq.

Bunla bağlı məlumatları izləyiciləri ilə bölüşən Seren səhhətində ciddi problemlər olduğunu deyib.

 

Serengil “Nə qədər sevənim və narahat olanım varmış. İnsan xəstə olanda ən çox buna ehtiyacı olur. Əvvəl səhhətimdəki problemləri göstərmirdim, anamın pis olmağın istəmirdim. Amma indi vəziyyət lap ciddiləşdi.

Çəkim 46 kiloqrama düşüb, hələ də arıqlayıram. Əməliyyat olunmalıyam, amma bu halda bədənim buna tab gətirəcək bilinmir. Bəzən aylarla reanimasiyada qala bilərəm. Təhlikə vəziyyətdəyəm, amma əməliyyat olmasam, yaya sağ çıxmayacam” deyə, paylaşımında yazıb.

Gununsesi.info