Sergey Lavrov Aİ-nin “Şərq tərəfdaşlığı” ilə bağlı vədini xatırlatdı

  • By admin
  • 18 Fevral 2018 17:36

“Şərq Tərəfdaşlığı” formalaşdırılan zaman bizi əmin etdilər ki, bu, Rusiyaya qarşı olmayacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransında çıxışında “Şərq Tərəfdaşlığı” ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, S. Lavrova ünvanlanan sualda qeyd edilib ki, rusiyalı nazirin Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələri seçim qarşısında qoyması,  bu ölkələrin ya Rusiya ilə, ya da Aİ ilə birgə olması barədə iddiası əsassızdır. Aİ proqramda iştirak edən 6 ölkə ilə müxtəlif səviyyəli münasibətləri var. Eyni zamanda Azərbaycan və Belarusun Aİ ilə geniş saziş imzalamaq istəmədikləri. Ermənistanın Rusiyanın təzyiqi altında “Şərq Tərəfdaşlığı”ndakı üzvlüyünü Gömrük İttifaqının xeyrinə qurban verdiyi  və Aİ-nin Ermənistanla  daha aşağı səviyyəli saziş imzalamağa razılaşdığı, Aİ-nin ölkələrin istəklərini qəbul edərək Rusiya kimi üzərlərinə tanklar göndərmədiyi vurğulanıb.

S. Lavrov isə sualın qoyuluşu və sualda yer alan iddialarla razılaşmayıb: “Rusiya “təhlükəsi” təxminən bu cür düşünülür. Siz, sualınıza elə başladınız ki, sanki mən, “Şərq Tərəfdaşlığı”nın bu ölkələri Rusiyadan qoparmaq üçün istifadə edilməsi barədə danışmışam. Demişəm ki, “Şərq Tərəfdaşlığı” formalaşdırıldığı zaman bizi əmin etdilər ki, bu, Rusiyaya qarşı olmayacaq. Mən ümid etdiyimi bildirdim ki, bu bəyanatlar yerinə yetiriləcək. Sizin qeyd etdiyiniz ölkələrdən bir neçəsi istəyərdi ki, “Şərq Tərəfdaşlığı”ndan məhz bu cür istifadə olunsun”.

Gununsesi.info