Sergey Lavrov İrəvandadır

  • By admin
  • 04 İyul 2016 14:57

lavrov

 

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdədir. Gununsesi.info Rusiya Xarici İşlər Nazirliyi mətbuat xidmətinə istinadən xəbər verir ki, Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Edvard Nalbaldyanla görüşüb.

Görüşdən sonra Rusiya XİN başçısı bu gün İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Güllnaz Qənbərli