
Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da Bakıya səfər edəcək.
Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, Lavrovun Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparacağı bildirilir. Qeyd olunur ki, noyabrın 20-də Rusiya xarici işlər naziri İrəvana səfər edəcək.
“168 jam” qəzetinin yazdığına görə, səfərlə bağlı iki versiya var. Birinci versiyaya əsasən, Lavrov Nalbandyan-Məmmədyarov görüşü üçün Vyana və Peterburq anlaşmalarının yer aldığı effektiv gündəlik hazırlamağa çalışacaq. İkinci versiyaya görə isə rusiyalı diplomat münaqişə tərəflərinə digər həmsədr ölkələrin dəstəklədiyi proqramı təklif edəcək.
Gununsesi.info