Sergey Lavrov: “Xəzərin hüquqi statusu 2017-ci ilə qaldı”

  • By admin
  • 13 İyul 2016 16:44

lavrov

 

Moskva ümid edir ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya 2017-ci ildə imzalanacaq. Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün yekununda keçirilən mətbuat konfransında deyib.

O, 2017-ci ildə Konvensiyanın imzalanmasını tam real hesab etdiyini də bildirib. Onun sözlərinə görə, imzalanma hətta ilin birinci yarısında da mümkündür.

 

Xəyalə Xanəziz