

Özbəkistan hakimiyyəti MDB İcraiyyə Komitəsini ölkə başçısı İslam Kərimovun sağlamlığı ilə əlaqədar olaraq məlumatlandırmır və bizdə də onun səhhəti ilə bağlı dəqiq məlumat yoxdur.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açqlamasında MDB-nin İcraçı katibi Sergey Lebedev deyib.
S. Lebedev deyib ki, Özbəkistan prezidenti İslam Kərimovun səhhəti ilə bağlı o məlumatı alırıq, hansı ki, digərləri də onu alır. “Daxil olan məlkumatlar bir birini təkzib edir. Bircə o xəbərdən başqa ki, onun vəziyyəti stabildir və o, müalicə alır. Bundan başqa biz də məlumat ala bilmirik”- deyə, MDB-nin İcraçı katibi bildirib.
S.Lebedev həmçinin İslam Kərimova şəfa diləyərək, tezliklə sağalaraq ayağa qalxmağı arzulayıb.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitriy Peskov da İslam Kərimovun səhhəti ilə bağlı açıqlama verərək deyib ki, daimi əlaqə saxlasaq da, fərqli bir məlumat ala bilmirik: “Bizdə də hər hansı xəbər yoxdur. Bundan əlavə olaraq Kremlin İ.Kərimovun səhhətində yaranmış vəziyyətin detalları barədə açıqlam vermək yerinə düşməz”.
Gununsesi.info