Rusiya və Azərbaycan hərbi əməkdaşlığı davam etdirəcək.
Gununsesi.info xəbər verir ki, bunu RF müdafiə naziri Sergey Şoyqu Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə deyib.
S.Şoyqu qeyd edib: “Ölkələrimiz arasında mövcud olan bütün əməkdaşlıq sahələri kimi, hərbi əməkdaşlığımız da strateji xarakter kəsb edir. Hazırkı və 2016-cı il üçün əməkdaşlıq planlarımızdan danışsaq, deyə bilərəm ki, bu planlar çox zəngindir”.
Daha sonra rusiyalı nazir əməkdaşlığın artması və inkişafı üçün potensil olduğunu da əlavə edib: “Biz dost strateji əməkdaşlığımızın və əlaqələrimizin daha da inkişaf etməsi üçün hər şeyi edəcəyik”.
Görüşün sonunda rusiyalı nazir azərbaycanlı həmkarını Milli Qurtuluş Günü münasibətilə təbrik eib.
Trend.az