Türkiyənin televiziya seriallarından tanınan teatr aktyoru Efe Deprem motosikleti ilə maneələrə çırpılaraq həyatını itirib.
Gununsesi.info xəbər verir ki, İstanbulda qəza dünən axşam baş verib.
Yerli mətbuatın məlumatına görə, Efe Deprem idarə etdiyi motosikletdə idarəetməni itirərək maneələrə çırpılıb. Zərbənin təsirindən yıxılan aktyor qəzada ağır yaralanaraq, xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, aktyor xəstəxanada dünyasını dəyişib.
Efe Depremin cənazəsini böyük qardaşı Mete Depremə təhvil verilib. 41 yaşında dünyasını dəyişən aktyor sabah dəfn ediləcək.
Gununsesi.info