
Serj Sərkisyan Sankt Peterburqda Vladimir Putinlə görüşündə növbəti dəfə axmaq duruma düşüb. Gununsesi.info Ermənistanın “aravot.am” saytına istinadən xəbər verir ki, S. Sərkisyan Sankt Peterburqda Vladimir Putinlə görüşdə özünün əhaval ruhiyəsinin yüksək səviyyədə olduğunu nümayiş etdirməyə və bunu öz nitqində ifadə etməyə çalışıb. Ancaq o, sonda buna nail ola bilməyib. Belə ki, S. Sərkisyan çıxışının sonunda Putinə öz təşəkkürünü bildirib: “Sizə minətdaram, sağ olun – Sankt Peterburqda çox yaxşı hava var”. Putin isə ona təccüblə baxaraq reaksiya verməyib. “Aravot.am” yazır ki, əslində, ruslar Serjin bu əcaib hərəkətinə reaksiya verməməklə əslində erməni cəmiyyətini ona güldürmək imkanından məhrum ediblər. Və onu növbəti dəfə aşağılamaq istəməyiblər. Çünki Putin yumor hissinə malik insan olduğundan o belə hadisələrdən məharətlə istifadə edib qarşısındakını əzməyə çalışır. Putinin Serjin bu hərəkətinə reaksiya verməməsi isə onlarda təəccüb doğurub. Ermənilər hesab edir ki, yəqin elə Putin ona reaksiya verməməklə Serjin əhəmiyyətsiz bir adam mesajı kimi anlanılıb.
Qeyd edək ki, onun bu hərəkəti jurnalistlərin gözü qarşısında baş verib.