Serj Sarkisyanın anası öldü

  • By admin
  • 24 Aprel 2018 16:46

Ermənistanın keçmiş prezidenti və dünən istefa vermiş eks-baş naziri Serj Sarkisyanın anası ölüb.

Gununsesi.info xəbər verir modern.az-ın Rusiya KİV-nə istinadən yaydığı məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin açıqlama verib.

Məhz aprelin 23-də Serj Sarkisyan baş nazir postundan istefa haqda qərar vermişdi. Zatulin məhz bu faktın da Sarkisyanın istefa verməsində önəmli rol oynadığını bildirib.

Ötən gün ölən Nora Sarkisyanın oğlunun baş nazir postunda qalmasına qarşı olduğu da bildirilir.

Gununsesi.info