Sertifikatlaşma 35 min müəllimi əhatə edəcək

  • By admin
  • 23 Avqust 2022 11:45

İlkin planımızda müəllimlərin işə qəbulu imtahanından yaxın 5 il ərzində keçən müəllimlərin sertifikatlaşmada iştirak etməməsi yer alır.

Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, MİQ imtahanının məqsədi kimin işə götürülməsidir:

“Amma sertifikatlaşma imtahanının məqsədi müəllimlər arasında rəqabətliliyi artırmaqdır. Bu imtahan işləyən müəllimlərin əmək haqları arasında fərq yaradacaq. İstənilən halda bu alqoritm növbəti 4 il ərzində tətbiq ediləcək. Proses ümumillikdə 35 min müəllimi əhatə edəcək və mərhələli şəkildə müəllimlər sertifikatlaşmadan keçəcək. İlkin mərhələdə ibtidai sinif müəllimlərinin sertifikatlaşması aparılacaq”.

Gununsesi.info