Serxio Ramosdan tərbiyəsiz hərəkət -VİDEO

UEFA Çempionlar Liqasının PSJ – “Bayern” oyunundan (0:1) sonra parislilərin müdafiəçisi Serxio Ramos ədəbsiz hərəkəti ilə diqqət mərkəzinə düşüb.

Gununsesi.info  xəbər verir ki, oyun bitdikdən sonra azarkeşlərə təşəkkür etmək üçün tribunaya yaxınlaşan ispaniyalı futbolçu, bu zaman öz işini görən fotoqraflara qarşı heç də xoş olmayan hərəkət edib. Yanında dayanaraq komanda yoldaşları – Lionel Messi ilə Neymarın fotolarını çəkərkən ona istəmədən toxunan media əməkdaşlarını kobud şəkildə itələyir. Onun bu hərəkəti azarkeşlər tərəfindən görüntülənib.

Serxio Ramosun bu addımı mediada tənqid hədəfinə çevrilib. PSJ-dən futbolçunun cəzalandırılması tələb edilir.

Gununsesi.info