
Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.
Gununsesi.info-nun məlumatına görə, mərhum millət vəkilinin nəşi Heydər məscidinə gətirilib.
Onu sevənlər məscidin önünə toplaşıb.
Qeyd edək ki, Qənirə Paşayeva ilə vida mərasimi sabah səhər 10:00-da Heydər məscidində olacaq.
Mərhum bundan bir saat sonra İkinci Fəxri Xiyabana torpağa tapşırılacaq.
İlhamə
Gununsesi.info