
Hər gün qəbul etdiyimiz qidalar həyatımızın təməl hissəsini təşkil edir. Lakin bu qidalar haqqında olduqca qəribə həqiqətlər vardır ki, yəqin çoxunuza məlum deyil.
Gununsesi.info Bright Side-a istinadən gündəlik qəbul etdiyimiz qidalar haqqında ən qəribə həqiqətləri təqdim edir.
Bir il ərzində satılan “Nutella” bankalarını yan-yana düzsək alınan xəttin uzunluğu Çin səddindən 8 dəfə çox olar.
Kritik bir vəziyyətdə kokos yağı qan plazmasını əvəzləyə bilir.
Tərkibində o qədər yüksək miqdarda karbon var ki, alimlər fıstıq əzməsini almasa çevirə bilir.
1800-cü illərdə ketçupdan ishalın müalicəsində istifadə olunub.
Monk meyvəsi şəkərdən 300 dəfə daha şirindir.
10 avqust 2015-ci il tarixində NASA kosmonavtları ilk dəfə kosmosda yetişdirilən bitki yeyib. Həmin bitki kahıdır.
Dünyada o qədər çox alma növü var ki, hər gün birini yemək üçün 20 il vaxt lazımdır.
Dünyada ən çox oğurlanan qida pendirdir. Hər il 4 faiz pendir yoxa çıxır.
Sərnişinlər çox vaxt təyyarədəki yeməklərin dadını bəyənmirlər. Buna səbəb isə yüksək təzyiqli hündürləkdə dad və qoxubilmə hissiyyatımızın 30 faiz azalmasıdır.
100 qramlıq şokolad hazırlamaq üçün təxminən 1700 litr sudan istifadə olunur.
Marketdən aldığımız 100% təbii portağal şirələri əslində 100% süni şəkildə hazırlanır.
Yer fıstığı yağından dinamitin əsas maddələrindən biri olan nitroqliserinin hazırlanmasında istifadə olunduğu üçün ilk dinamit yer fıstığından hazırlanıb.
Sarımsaq uzun müddət dəri ilə təmasds olarsa, tərkibindəki güclü kimyəvi maddələr səbəbindən 3-cü dərəcəli yanıqlara səbəb ola bilər.
McDonalds bir saniyədə 75-dən çox qamburger satır.
Gununsesi.info