
Ukrayna ordusu iddia edir ki, ötən həftə Rusiyanın Qara Dəniz donanması qərargahına raket zərbəsində yüksək rütbəli komandir daxil olmaqla 34 zabit öldürülüb.
Gununsesi.info bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb. Rusiya isə sentyabrın 22-də ilhaq olunmuş Krımdakı Sevastopol limanına hücumda ölü sayını xeyli az göstərib.
Ukrayna qüvvələri getdikcə Rusiya gəmilərinə və Qara Dənizdəki obyektlərə hücumları artırıb. Qərb ekspetlərinin fikrincə, bu, Rusiyanın regionda donanma əməliyyatlarına kəskin məhdudlaşdırıb.
Ukraynanın xüsusi əməliyyat qüvvələri sentyabrın 25-də “xüsusi əməliyyat nəticəsində düşmənin itkiləri haqda yeni informasiya”ya söykənərək iddia edib ki, donanma komandiri daxil olmaqda 34 nəfər öldürülüb, azı 105 nəfər isə yaralanıb. Britaniya, yaxud Fransa istehsalı olduğu güman edilən kruiz raketlər Sevastopoldakı binaya düşüb.
Bəyanatda komandirin adı çəkilmir. Qara dəniz donanmasının hazırkı baş komandiri Admiral Viktor Sokolovdur.
Gununsesi.info