Şevçenko Polşa millisini çalışdırmayacaq

  • By admin
  • 29 Yanvar 2022 19:05

“Cenoa”dan ayrılan Andrey Şevçenko Polşa millisini çalışdırmayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Przeglad Sportowy” məlumat yayıb. Polşa Futbol Federasiyasının prezidenti Sezar Kuleşka əvvəlcə həqiqətən də 43 yaşlı mütəxəssisi yığmaya baş məşqçi təyin etmək istəyib. Hətta tərəflər 2024-cü ilədək müqavilə imzalamaq üçün razılığa da gəliblər. Lakin tərəflər daha sonra fikrindən daşınıblar. Buna səbəb Şevçenkonun hələ də “Cenoa” ilə sözləşmənin ləğvbi iləbağlı anlaşa bilməməsidir.

Həmçinin digər bir məqam isə Şevçenkonun “Çelsi”nin sahibi Roman Abramoviçlə dost olması və tez-tez onu ziyarət etmək üçün Londona səfər etməsidir. Həmçinin əgər o, yığmanı çalışdırsaydı, debütü DÇ-2022-nin pley-off mərhələsinə təsadüf edəcəkdi. Bu səbəbdən Şevçenko Polşa millisini çalışdırmayacaq.

 

Gununsesi.info