Sevda Sanalıyeva söz-söhbətə son qoydu

  • By admin
  • 09 İyul 2018 14:25


Son günlər boşanma və barışıq xəbərlərilə diqqət mərkəzində olan müğənni Sevda Sanaliyeva həyat yoldaşı Cəmillə bərabər fotosunu paylaşaraq söz-söhbətə son qoyub.

İfaçı fotonu “Bir az istirahət” şərhi ilə bölüşüb.

 Cütlük fotoda çox xoşbəxt görünür.

Xatırladaq ki, Sevda həyat yoldaşı Cəmillə barışıq xəbərini bu etirafla təsdiqləmişdi: “İki gün ayrı qaldıq. Nə mən, nə uşaqlar onsuz qala bildik, nə də o bizsiz. Barışdıq”.