
Ötən gün qeyri-adi geyimini sosial şəbəkədə paylaşan müğənni Sevda Yahyayeva təriflərə, eyni zamanda da tənqidlərə məruz qalıb. Gununsesi.info xəbər verir ki, geyimində bayrağımızın 3 rəngindən istifadə edən ifaçı, libası Heydər Əliyev adına Respublika Sarayında keçirilən konsertə geyinib. Bununla bağlı müğənninin prodüseri Pərviz bəy Gununsesi.info-ya açıqlama verib.
“Konsert 28 may Respublika günü münasibətilə təşkil edilmişdi. Sevda xanım da “Azərbaycan” mahnısını ifa edirdi məhs bu səbəbdən həmin libası seçib. Geyimdə heç bir qəbahət görmürük, çünki libasda yalnız bayrağımızın rənglərindən istifadə edilib. Qanunvericilik isə buna qadağa qoymur. Əgər gerb və ya ay ulduz təsvir edilsəydi, o zaman haqları olardı.”
Sevinc Xeyrulla