Sevda Yahyayevanın prodüseri danışdı: “Geyimdə heç bir qəbahət görmürük” - ÖZƏL

  • By admin
  • 27 May 2016 13:05

 

Sevda Yehyayeva 2

Ötən gün qeyri-adi geyimini sosial şəbəkədə  paylaşan müğənni Sevda Yahyayeva  təriflərə, eyni zamanda da tənqidlərə məruz qalıb. Gununsesi.info xəbər verir ki, geyimində bayrağımızın 3 rəngindən istifadə edən ifaçı, libası Heydər Əliyev adına Respublika Sarayında keçirilən konsertə geyinib. Bununla bağlı  müğənninin prodüseri Pərviz bəy  Gununsesi.info-ya açıqlama verib.

“Konsert 28 may Respublika günü münasibətilə təşkil edilmişdi. Sevda xanım da  “Azərbaycan” mahnısını ifa edirdi məhs bu səbəbdən həmin libası seçib. Geyimdə heç bir qəbahət görmürük, çünki libasda yalnız  bayrağımızın rənglərindən istifadə edilib. Qanunvericilik  isə buna qadağa qoymur. Əgər gerb və ya ay ulduz təsvir edilsəydi, o zaman haqları olardı.”

Sevinc Xeyrulla

 

Sevda Yehyayeva